Məqalələr /

"Badımcan nəğməsi" resepti

02.03.2012 / Müəllif: Aysel Əliyeva / 1929 dəfə baxılıb

İnqredientlər:

1 ədəd badımcan;
2 ədəd pomidor;
200q bərk pendir;
3-4 diş sarımsaq;
bitki yağı;
duz və istiot.

Hazırlanma qaydası:

  1. Badımcanı təmiz yuyub, kağız salfetlə tam qurudun. 0.5-0.7 sm qalınlığında halqalar formasında kəsin. Pomidorları da eyni qayda ilə yuyun, qurudun və halqalar formasında doğrayın.
  2. Sarımsağı təmizləyin və mümkün olduğu qədər ən xırda şəkildə doğrayın (və ya sürtgəcdən keçirin).
  3. Pendiri də sürtgəcdən keçirmək lazımdır.
  4. Bitki yağını ocağın üzərində yaxşıca qızdırın. Doğranmış badımcanlara damaq zövqünüzə uyğun duz və istiot vurduqdan sonra yağda qızardın. Badımcanların hər iki üzü qızılı rəng almalıdır. Qızarmış badımcanları yağlanmış listin üzərinə qoyun. Üstünə əvvəlcə xırda doğranmış sarımsaqları əlavə edin, sonra isə pomidorları düzün. Pomidorların da üzərinə pendiri əlavə etdikdən sonra listi qabaqcadan qızardılmış sobada 140-160 dərəcə istilikdə 20-25 dəqiqə bişirin (pomidorların üzərindəki pendir qızılı rəng alana qədər).
  5. Qeyd: Badımcanın üzərinə pörtlədilmiş (qaynadılmış) toyuq əti də əlavə etmək olar.

Yazı "Люблю готовить" jurnalından götürülmüşdür.