Məqalələr /

Evdarlıq sirləri

01.03.2012 / Müəllif: Aysel Əliyeva / 3569 dəfə baxılıb

Kartofun bişərkən bir-birinə və tavaya yapışmasını istəmirsinizsə, onu doğradıqdan sonra yumaq məsləhətdir.

Pomidorun qabığını rahat soya bilmək üçün onu çəngələ keçirib, bir neçə saniyə buxarda saxlamaq kifayətdir.

Kələm bişərkən ağ rəngini və xırtıltısını itirməsin deyə qaynatmazdan təxminən 20 dəqiqə əvvəl az miqdarda limon turşusu əlavə edilmiş soyuq suda saxlamaq lazımdır.

Donmuş məhsulları (balıq, ət, yağ, pendir və s.) rahat doğramaq üçün tiyəsi nisbətən qızdırılmış bıçaqdan istifadə etmək məsləhətdir.

Duz nəm çəkməsin deyə yerləşdiyi qaba 2-3 dənə düyü atmaq lazımdır.

Un kisəsinə qurd düşməsini istəmirsinizsə, kisənin içinə bir neçə diş qabığı soyulmamış sarımsaq atmalısınız.

Kök qaynayan zaman suya iki ədəd qənd atılsa, kökün dadı daha da yaxşılaşır.

Yazı "Люблю готовить" jurnalından götürülmüşdür.