Məqalələr /

Toy insan həyatında unudulmaz bir hadisədir

03.01.2012 / Müəllif: Yeganə Ələkbərova / 2077 dəfə baxılıb

Toy insan həyatında unudulmaz bir hadisədir. Məhz toyda gənclərimizin nikahla rəsmiləşən sevgiləri başa çatır. Bədii əsərlərdən, kinolardan, eləcə də yaşlı nəslin nümayəndələrındən toylarımız haqqında çox eşitmişik. Onlar söyləyirlər ki, keçmişdə oğullarını evləndirmək istəyən atalar qohum-qardaşlarını evlərinə çağırıb məsləhətləşərdilər. Qız seçildikdən sonra oğlanın xalası və ya bibisi qız evinə gedər, elçi gələcəkləri üçün onlardan icazə alardılar. Elçi getməmişdən əvvəl müəyyən vacitələrlə qız tərəfinin, qızın özünün münasibətini öyrənər, yalnız bundan sonra elçi gedərdilər. Elçilərə çay süfrəsi açılar, söhbət başlayardı. Qızın valideynlərinə gəlişlərinin məqsədlərini deyərdilər. Əgər "razılıq" verilsəydi, yalnız bundan sonra süfrəyə şirin çay gələrdi. Sonra nişan mərasimi olardı. Qız ər evinə gedənə kimi bütün bayramlarda oğlan tərəfi qız tərəfinə, qız tərəfi də oğlan tərəfinə bayram payı, müxtəlif hədiyyələr aparardı.

Qız ata evindən gəlin köçərkən arxasınca su atılması, oğlan evində qarşılanarkən ayaqlarının altında qurbanlıq qoyun kəsilməsi, başı üstündən şirniyyat qatılmış düyü səpilməsi, ər evinə çıxarkən ayaqlarının altlnda boşqaqb sındırılması, ziffaf gecəsi, səhəri gün “üzəçıxdı” mərasimi, böyük şadyanalıq, dərhal qız tərəfinə xonça göndərilməsi və sairlər təkcə mərasim xatirinə keçirilmiəzdi. Bütün bunlar hər iki gənc qarşısında ciddi vəzifələr qoyardı, onlar ailə həyatına daha məsul yanaşardılar. Bu ailələr çox etibarlı olurdu. O vaxtlar ailə dağılması nəinki iki nəslin(həm o tərəfin, həm bu tərəfin), eləcə də bütün kəndin , bütün obanın faciəsi sayılırmış.